8 sentyabr 2024. Bazar günü

"Fransa liqası həqiqətən çətin liqadır"

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın Çempionlar Liqasındakı çıxışı ilə Fransa çempionatının səviyyəsini dəyərləndirib.


"Fransa liqası həqiqətən çətin liqadır"

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın Çempionlar Liqasındakı çıxışı ilə Fransa çempionatının səviyyəsini dəyərləndirib.

90deqiqe.az xəbər verir ki, ispan çalışdırıcı ÇL-da növbətə mərhələyə adlayacaqlarına inandığı və Fransa liqasının çətin liqa olduğunu bildirib.

“PSJ Çempionlar Liqasında növbəti mərhələyə keçə bilərmi? Bəli, şübhəsiz. Liqada sabitlik vacibdir. Kubokda hər matç finaldır. Harada daha yaxşı ola biləcəyimizi bilirik, amma hara gedəcəyimizi zaman göstərəcək. Liqada birinci yerdəyik, Lens, Lille, Brest, Monako, Nitsa kimi yaxşı rəqiblərimiz var. Bu düşündüyümdən qat-qat çətin liqadır.Etdiklərimizdən razıyam”

Xatırladaq ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/8 finalında PSJ “Real Sosyedad”la qarşılaşacaq. Parislilərin bu turnirdə əldə etdiyi ən mühüm nailiyyət PSJ-nin “Bavariya”ya uduzduğu 2019/2020 mövsümünün finalı olub.







Fransa L.1

PSJ-nin hücumçusu sıradan çıxdı
  • Fransa L.1
  • 23:33 16.08.2024
PSJ-nin hücumçusu sıradan çıxdı
 "Marsel"də yeni hücumçu
  • Fransa L.1
  • 11:26 13.08.2024
"Marsel"də yeni hücumçu