22 oktyabr 2024. Çərşənbə axşamı

"Klopp "Barselona"ya rəhbərlik etsə, əla olar" - Obameyanq 

"Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq baş məşqçi Yurgen Kloppun yayda "Liverpul"dan ayrıldıqdan sonra hansı komandaya rəhbərlik etməli olacağı ilə bağlı fikirlərini bölüşüb.


"Klopp "Barselona"ya rəhbərlik etsə, əla olar" - Obameyanq 

"Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq baş məşqçi Yurgen Kloppun yayda "Liverpul"dan ayrıldıqdan sonra hansı komandaya rəhbərlik etməli olacağı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, 34 yaşlı forvard alman çalışdırıcını "Barselona"ya rəhbərlik etməsi komanda üçün yaxşı seçim olacağını bildirib.

“Klopp istənilən komandaya hər şeyi verir, bütün enerjisini verir. O, həqiqətən də yaxşı məşqçidir. Əgər “Barselona”nın Yurgenlə işləmək şansı varsa, təbii ki, bu, yaxşı variantdır. “Borussiya”da onunla işləyəndə özümü çox rahat hiss edirdim. O, “Barselona”ya rəhbərlik etsə, əla olar”

Qabonlu 2013-2015-ci illərdə Dortmund "Borussiya"sında alman mütəxəssisin rəhbərliyi altında çalışıb.

Xatırladaq ki, Klopp 2015-ci ilin oktyabrında “Liverpul”u çalışdırmışdı. Mersisaydlılarla işlədiyi illər ərzində alman mütəxəssis Çempionlar Liqasının (2018/2019 mövsümündə) və İngiltərə Premyer Liqasının (2019/2020 mövsümündə) qalibi olmaqla, yeddi kubok qazanmağı bacarıb.

"Liverpul" hazırda İngiltərə çempionatının turnir cədvəlində birinci yerdədir. Kloppun komandası 23 turdan sonra 51 xal toplayıb. Mersisaydlılar ilə onların ən yaxın izləyicisi Mançester Siti arasında fərq iki xaldır.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib