- Fransa L.1
- 23:50 23.11.2024
"Lill"in baş məşqçisi Paulo Fonseka Liqa 1-in 21-ci turunun PSJ ilə səfər matçı öncəsi açıqlama verib.
90deqiqe.az xəbər verir ki, çalışdırıcı fevralın 7-də Fransa kubokunun 1/8 finalında "Brest"lə (3:1) matçda sıradan çıxan Kilian Mbappenin oynamaması ilə bağlı bunları deyib.
“Mbappe oynamasa, onu başqa güclü oyunçu əvəz edəcək. Bəlkə PSJ üçün bu eyni şey deyil, amma bizim üçün heç nəyi dəyişmir. İnanmıram ki, "Brest"in futbolçusu Mbappeyə zərər vermək niyyəti ilə onu zədələsin. Bu normal bir vəziyyətdir. Düşünmürəm ki, oyunçular başqalarına zərər vermək niyyətində deyillər. Mənim üçün belə düşünmək mümkün deyil”, - deyə Fonseka bildirib.
Fransa Kubokunun 1/8 final mərhələsinin PSJ - "Brest" matçının 67-ci dəqiqəsində parisli hücumçu Kilian Mbappe qonaq müdafiəçi Lilian Brasyedən topuq nahiyəsindən ağrılı zərbə alsa da, oyunu davam etdirə bilib. PSJ-nin baş məşqçisi Luis Enrike forvardın "Lill"lə oyunda iştirak etməyə hazır olduğunu bildirib.