- Fransa L.1
- 23:50 23.11.2024
Fransız hücumçu Randal Kolo-Muani ötən yay "Ayntraxt"dan PSJ-yə keçdikdən sonra yaşadığı psixoloji durumundan danışıb.
90deqiqe.az xəbər verir ki, 25 yaşlı forvard yeni klubunda azarkeşlərin tənqidlərindən psixoloji olaraq çox təsir etdiyini bildirib.
“Almaniyada özümü inamlı hiss edirdim, buna görə də meydanda özümü tam hiss etdim. Mən sadəcə xoşbəxt və inamlı olmalıyam və hər şey saat mexanizmi kimi işə başlayacaq. Bu gün mən xoşbəxtəm. Amma Almaniyadakı kimi xoşbəxt deyiləm. Əvvəlcə tənqid mənə təsir etdi, çünki mən robot deyil, canlı insanam, hisslərim var. Amma kədərlənmirəm. PSJ-nin oyunçusu olduğum üçün xoşbəxtəm, amma hər şey daha yaxşı ola bilərdi”, – Kolo Muani Onze Mondial-dan sitat gətirib.
Xatırladaq ki, bu mövsüm hücumçu bütün turnirlərdə 27 matçda iştirak edib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.