- Fransa L.1
- 23:50 23.11.2024
Fransanın PSJ-si müdafiəçisi Əşrəf Hakimiyə yeni müqavilə təklif edəcək.
90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabris Havkins "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. O parislilərin yaxın günlərdə mərakeşli futbolçunun agenti ilə yeni müqaviləni müzakirə etməyə başlayacağını qeyd edib.
Hakimi bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 23 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Eyni zamanda, Transfermarkt internet portalının məlumatına görə, oyunçunun bazar dəyəri 65 milyon avrodur.
Mərakeşli müdafiəçi "Real Madrid"in yetirməsidir, daha sonra Dortmund "Borussiya"sı və "İnter"də çıxış edib. 25 yaşlı futbolçu 2021-ci ilin yayında 68 milyon avroya Paris klubuna keçib.
Hazırda Fransa Liqa 1-də keçirilən 21 oyundan sonra PSJ 50 xalla çempionatın lideridir.