- Fransa L.1
- 23:50 23.11.2024
PSJ-nin vingeri Usman Dembele "Barselona"da çıxış edərkən baş məşqçi Xavi ilə münasibətindən danışıb.
90deqiqe.Az xəbər verir ki, fransız oyunçu Xavi ilə hazırkı baş məşqçi Luis Enrikenin xarakterlərinin eyni olduğunu bildirib.
“Luis Enrike ilə münasibətimin xarakteri demək olar ki, Xavi ilə eynidir. Xavi ilə inanılmaz anlar paylaşdıq. Biz çox yaxın idik.O, mənə çox məsləhətlər verdi və mənə güvəndi. Mən Luis Enrikeni çoxdan tanıyıram. "Renn"də olarkən də məni "Barselona"da görmək istəyirdi. Mən şadam ki, o, bizim baş məşqçimizdir”, - Dembele Le Parisien-ə müsahibəsində deyib.
Xatırladaq ki, Dembele 2017-2023-cü illərdə "Barselona"da çıxış edib. Ötən yay Fransanın “Renn”inin yetirməsi olan Usman PSJ-yə keçib. Nüfuzlu Transfermarkt onlayn portalı vingerin bazar dəyərini 60 milyon avro qiymətləndirir.