- Fransa L.1
- 13:30 21.11.2024
PSG-nin hücumçusu Neymar komandanın düşərgəsinə qayıdıb.
Corner.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, dünən gecə San-Pauludan Paris uçan 27 yaşlı futbolçu səhər saatlarında klubun bazasına gəlib. Onun komanda ilə birlikdə məşqlərdə başladığı bildirilir.Bu gün həmçinin futbolçu ilə klubun idman direktoru Leonardo arasında gecikmə məsələsinə görə görüş nəzərdə tutulub.
Qeyd edək ki, PSG iyulun 8-də Neymarın mövsümöncəsi keçirilən ənənəvi iclasa qatılmadığını və buna görə cərimələndiyini açıqlamışdı.