16 mart 2026. Bazar ertəsi

Cennaro Qattuzo istefa verdi


Cennaro Qattuzo istefa verdi

"Marsel"in baş məşqçisi Cennaro Qattuzo istefa verib.

90deqiqe.Az-ın "Footmercato"a istinadən məlumatına görə, 46 yaşlı çalışdırıcı sərəncamında olan futbolçularla möcüzə yarada bilməyəcəyi üçün bu gün səhər saatlarında tutduğu postu tərk edib.

Xatırladaq ki, Fransa klubu italiyalının təyinatını 2023-cü ilin sentyabr ayının sonunda açıqlamışdı.

Əlavə edək ki, Qattuzo daha əvvəl İtaliyanın “Milan” və “Napoli”, eləcə də İspaniyanın “Valensiya” klublarını çalışdırıb.

Dünən “Marsel” Fransa Liqa 1-in 22-ci turunda səfərdə “Brest”ə uduzub (0:1).

Qeyd edək ki, Qattuzonun komandası 60-cı dəqiqədən başlayaraq çoxluqda oynayıb. 22 turdan sonra "Marsel" turnir cədvəlində 30 xalla 9-cu yerdədir.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi