- Fransa L.1
- 23:50 23.11.2024
"Marsel" italiyalı mütəxəssis Cennaro Qattuzo ilə yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Fransa klubu məlumat yayıb. Məlumatda, Cennaro və heyətinə təşəkkür edilib.
“Marsel hər gün göstərdikləri böyük töhfələrə və yüksək peşəkarlığa görə Cennaroya, eləcə də onun bütün heyətinə xüsusi təşəkkürünü bildirir və onlara gələcəkdə uğurlar arzulayır”, - deyə məlumatda bildirilir. Fransa klubunun rəsmi saytında.
Xatırladaq ki, daha əvvəl mətbuatda Qattuzonun xələfinin Fil Dişi Sahili millisinin keçmiş baş məşqçisi Jan-Lui Qas ola biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Fransa çempionatının 22 turundan sonra "Marsel" 30 xal toplayıb və hazırda 9-cu pillədə qərarlaşıb. Liqa 1-in son beş turunda Qattuzonun yetirmələri iki dəfə uduzub, üç dəfə heç-heçə edib.