22 oktyabr 2024. Çərşənbə axşamı

Mbappedən "Real Madrid" açıqlaması


Mbappedən "Real Madrid" açıqlaması

PSJ-nin hücumçusu Kilian Mbappe "Real Madrid"lə anlaşma barədə yayılan xəbərləri təkzib edib.

90deqiqqe.Az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Dünən, o, Qətər əmiri Təmim bin Həməd Al Taninin rəsmi səfəri münasibətilə Yelisey sarayında təşkil olunmuş şam yeməyində iştirak edib və burada futbolçu Fransa prezidenti Emmanuel Makronla görüşüb. Futbolçu bu tədbirə dəvət alan yeganə çıxış edən idmançı oldu.

Bir neçə şahidin sözlərinə görə, Mbappe gələcəyi və İspaniya mətbuatının yazdığına görə, artıq müqavilə imzaladığı Real Madridə getməsi ilə bağlı suallardan yayınmayıb. O, həmsöhbətlərinə heç bir şey edilmədiyini cavablandırıb.

Daha əvvəl 25 yaşlı Kilian Mbappenin "Real"la müqavilənin detallarını razılaşdırdığı bildirilirdi.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib