- Fransa L.1
- 23:50 23.11.2024
PSJ-nin baş məşqçisi Luis Enrike hazırda icarə əsasında "Leipsiq"də çıxış edən yarımmüdafiəçi Xavi Simons haqda açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı gənc oyunçu ilə bağlı planlarının olduğunu bildirib.
"Xavi Simons PSJ-nin oyunçusudur. Təbii ki, biz onun "Leipsiq"dəki çıxışlarını izləyirik. Ancaq futbolçunun hazırda olduğu kluba hörmət əlaməti olaraq onun haqqında danışmamağı üstün tuturam. Amma bəli, bizim Simonsla bağlı öz planlarımız var”, - Enrike mətbuat konfransında deyib.
20 yaşlı Simons bu Almaniya çempionatında 22 matçda 6 qol vurub, 7 məhsuldar ötürmə edib. Keçən yay PSJ ilk imtina hüququndan istifadə etdi və oyunçunu PSV-dən geri qaytardı.