- Fransa L.1
- 23:50 23.11.2024
PSJ-nin baş məşqçisi Luis Enrike "Milan"ın hücumçusu Rafael Leao ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı, gənc forvardla bunları deyib.
“Leao? Bu müğənnidir? [gülür]. Zarafat edirəm, onun kim olduğunu yaxşı bilirəm. Amma klubumuzda olmayan futbolçunu müzakirə edə bilmərəm. Gələn mövsüm komandamızın daha da güclənəcəyinə ümidimi ifadə edə bilərəm. Müdafiədə, hücumda, fizikada, texnologiyada və taktikada təkmilləşəcəyimizə şübhəm yoxdur”, - Enrike mətbuat konfransında deyib.
Bildiyiniz kimi, şayiələr aktiv şəkildə 24 yaşlı Leonu PSJ ilə əlaqələndirir. Parisdə bu futbolçunu Kilian Mbappenin əvəzedicisi kimi gördükləri bildirilib.
PSJ növbəti matçını martın 1-də “Monako”ya qarşı keçirəcək.