22 aprel 2026. Çərşənbə

"Lill"dən çətin qələbə


"Lill"dən çətin qələbə

Fransa Liqa 1-də 24-cü turun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə,"Lill"  səfərdə "Reyms"in qonağı olub.  II Auguste Delon stadionunda baş tutan görüşdə qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

"Lill"in hücumçusu Conatan Devid 57-ci dəqiqədə fərqlənib. Onun vurduğu qol komandalar arasında keçirilən görüşdə yeganə olub. Qarşılaşmada 5 sarı vərəqə göstərilib ki, onlardan ikisi "Lill"in futbolçularına, digər üçü isə "Reyms"in futbolçularına göstərilib.

"Lill" 2023/2024 mövsümü üçün Liqa 1 turnir cədvəlində ikinci yerdədir. Komanda 24 oyunda 41 xal toplayıb. "Reyms" 34 xalla səkkizinci yerdədir. Fransa çempionatının turnir cədvəlinə 24 oyun keçirən PSJ (55) başçılıq edir.







Fransa L.1

PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki
“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi