23 sentyabr 2026. Çərşənbə

Kamavinqa Mbappenin "Real"a mümkün keçidindən danışdı


Kamavinqa Mbappenin "Real"a mümkün keçidindən danışdı

"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin hücumçusu Kilian Mbappenin transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, Kamavinqa həmyerlisinin "kral klubu"na keçməsi ilə bağlı məlumatının olmadığını bildirib.

“Mən sizə olduğu kimi deyirəm: mən bunu Kilianla müzakirə etməmişəm. O, PSJ-nin oyunçusudur və gələn mövsüm nə olacağını bilmirəm”

Xatırladaq ki, daha əvvəl mətbuatda fransalı hücumçunun artıq “Real Madrid”lə 2029-cu ilə qədər əmək müqaviləsi bağladığı haqda məlumat yayılmışdı. Mbappenin rəhbərlik və komanda yoldaşlarına cari mövsümün sonunda klubdan ayrılacağını dediyi də bildirilirdi.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi