8 sentyabr 2024. Bazar günü

"Enrike Mbappenin meydandakı davranışını bəyənmir"


"Enrike Mbappenin meydandakı davranışını bəyənmir"

Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri PSJ-nin hücumçusu Kilian Mbappe ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 51 yaşlı veteran futbolçu fransalı forvardsız komandanın yaxşı çıxış etmədiyini bildiirb.

"PSJ-də ilk dəfə idi ki, məşqçi Kilianı səhv etdiyi üçün meydandan çıxarmağa cəsarət tapdı. Düşünürəm ki, Enrike onun xarakterini və meydandakı davranışını bəyənmir. Mbappesiz komandanız daha yaxşıdır? Göstər.

Mbappenin etdiyi bir az qalmaqaldır. O, klubun və Fransa millisinin kapitanıdır və bu cür davranmamalıdır. Enrike onu ehtiyat siyahıya salmaq hüququna malikdir. Onun hərəkətləri, selfiləri, qələbə dövrələri– Bu necə sirkdir? Nə cəfəngiyyat? – Duqarri AS-dan sitat gətirir.

Xatırladaq ki, 25 yaşlı futbolçu bu mövsümün sonunda azad agent kimi “Real Madrid”ə keçməyə yaxındır. PSJ-nin baş məşqçisi Luis Enrike son iki matçda Mbappeni dəyişib.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. Bu mövsüm forvard bütün turnirlərdə 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.







Fransa L.1

PSJ-nin hücumçusu sıradan çıxdı
  • Fransa L.1
  • 23:33 16.08.2024
PSJ-nin hücumçusu sıradan çıxdı
 "Marsel"də yeni hücumçu
  • Fransa L.1
  • 11:26 13.08.2024
"Marsel"də yeni hücumçu