22 oktyabr 2024. Çərşənbə axşamı

Mbappe kababxananı məhkəməyə verir


Mbappe kababxananı məhkəməyə verir

PSJ-nin hücumçusu Kilian Mbappe Marseldəki kababxananı məhkəməyə vermək istəyir. 

90deqiqe.Az ın “RMC Sport" nəşrinə istinadən məlumatına görə,  25 yaşlı futbolçunun vəkilləri müəssisənin Kilianın icazəsi olmadan onun adından kommersiya məqsədləri üçün istifadə etdiyini müşahidə ediblər. Belə ki, kabab mağazasının menyusunda “Mbappenin kəllə sümüyü kimi” təsviri olan bulkalı kabab var.

Qeyd olunur ki, adı menyuda hallanan yeganə Mbappe deyil. Məsələn, müəssisə Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payetə həsr olunmuş pancake hazırlayır.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. Bu mövsüm forvard bütün turnirlərdə 33 oyun keçirib, 33 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib