22 oktyabr 2024. Çərşənbə axşamı

Fransa kubokunda 1/4 final mərhələsi bitdi - VİDEO


Fransa kubokunda 1/4 final mərhələsi bitdi - VİDEO

“Park de Prens”də “Nitsa”nı qəbul edən “Paris Sen-Jermen” görüşə hücumlarla başlayıb. Meydan sahiblərinin ardıcıl cəhdlər 14-cü dəqiqədə öz bərəsini verib. Kilian Mbappe adını tabloya yazdıran futbolçu olub. 33-cü dəqiqədə fərq 2 topa yüksəlib. Usman Dembelenin ötürməsindən sonra Fabian Ruiz fərqlənib. Fasilə ərəfəsində qonaqlar qollardan birinin əvəzini çıxmağa müvəffəq olublar. Qaetan Labord komandasını ümidləndirib. İkinci hissədə hər iki komanda qapılara doğru daha çox zərbə endirsə də, azarkeşlər cəmi bir qola şahidlik ediblər. 60-cı dəqiqədə Lukas Beraldo yekun nəticəni müəyyənləşdirib. PSJ 3, “NİTSA” 1

 

Qeyd edək ki, yarımfinalda PSJ “Renn”lə, “Lion” isə “Valansien”lə qarşılaşacaq. Matçlar aprelin 2-si və 3-ü tarixlərində oynanılacaq. 







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib