22 aprel 2026. Çərşənbə

"Lion" Fransa Kubokunun finalında


"Lion" Fransa Kubokunun finalında

Fransa Kubokunda yarımfinal qarşılaşmalarına start verilib.

90deqiqe.az xəbər verir ki, “Lion” doğma meydanda “Valensyen”lə münasibətlərə aydınlıq gətirib. 39-cu dəqiqədə qonaqların heyətindən Sirine Dukure topu rəqib qapısından keçirib. Lakin hakim VAR-a müraciət edərək hücumun əvvəlində qayda pozuntusu aşkarlayıb və bu səbəbdən qolu ləğv edib. İlk hissədə başqa yaddaqalan hadisə olmayıb. İkinci yarıda isə meydan sahibləri rəqibini 3 dəfə meydanın mərkəzinə dəvət edib. 48-ci dəqiqədə cərimə meydançası daxilində Aleksandr Lakazetə qarşı qayda pozulduğundan “Valansyen”in qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Zərbəni Lakazet özü yerinə yetirərək oyunda hesabı açıb. 57-ci dəqiqədə isə 32 yaşlı forvard dublunu rəsmiləşdirib. 75-ci dəqiqədə Gift Orban meydan “şirlər”in üçüncü qolunu vuraraq matçda son nöqtəni qoyub. “LİON” 3, “VALENSYEN” 0.

 

Bununla da Lion təmsilçisi turnirin finalına vəsiqəni təmin edib. Komandanın rəqibinin adına  PSJ – “Renn” qarşılaşmasında aydınlıq gələcək. Oyun bu gün saat 22:45-da başlanacaq.







Fransa L.1

PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki
“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi