14 dekabr 2025. Bazar günü

PSJ Mbappe sayəsində rekorda imza atıb


PSJ Mbappe sayəsində rekorda imza atıb

Ötən gün PSJ Fransa kubokunun yarımfinal matçında “Renn” üzərində minimal hesablı qələbə qazanıb.

90deqiqe.Az "Opta Sport"a istinadən xəbər verir ki, sözügedən matçda parisliləri finala çıxaran qolu ulduz hücumçu Kilian Mbappe vurub. 

Paris komandası bununla da tarixində 20-ci dəfə turnirin final oyununa çıxacaq. Beləliklə, Luis Enrikenin komandası Marseli keçərək (19 final) rekorda imza atıb.

Final matçında PSJ "Lion"la qarşılaşacaq. “Toxucular” bundan əvvəl yarımfinalda “Valensyen”i 3:0 hesabı ilə inamlı məğlub etmişdilər. Fransa kubokunun həlledici oyunu mayın 25-də baş tutacaq.







Fransa L.1

Poqba “Marsel”lə oyunu buraxacaq
  • Fransa L.1
  • 15:01 14.12.2025
Poqba “Marsel”lə oyunu buraxacaq
“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi