22 oktyabr 2024. Çərşənbə axşamı

"Atletik"i PSJ-yə dəyişir


"Atletik"i PSJ-yə dəyişir

"Atletik Bilbao"nun cinah oyunçusu Niko Uilyamsın Fransa çempionatında çıxış edə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, PSJ 21 yaşlı ispaniyalını sıralarına qatmaq istəyir. Daha əvvəl mətbuatda bildirilirdi ki, komandanın baş məşqçisi Luis Enrike şəxsən Uilyamsı transfer etməkdə israrlıdır.

Nikonun təzminat qiyməti 60 milyon avrodur.

İspaniya çempionatının bu mövsümündə hücumameyilli yarımmüdafiəçi 26 oyun keçirib, bu oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Tərəflər arasında mövcud əmək müqaviləsi 2027-ci ilin yayında başa çatır.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib