2 may 2026. Şənbə

Leven Kurzava PSJ-dən ayrıldı


Leven Kurzava PSJ-dən ayrıldı

PSJ-nin sol cinah müdafiəçisi Leven Kurzava karyerasını başqa klubda davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, Kurzava bu yaxınlarda cari mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. 31 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyəcəyindən o, azad agent kimi özünə yeni klub axtara biləcək.

Fransız 2015-ci ilin yayından Paris nəhənginə məxsusdu, lakin son illərdə o, meydanda demək olar ki, görünmür və ötən mövsümü icarə əsasında İngiltərənin “Fulhem” klubunda keçirib.

Leven Kurzava PSJ-də ümumilikdə 154 oyuna çıxıb, 14 qol və 23 məhsuldar ötürmə edib. Cari kampaniyada oyunçu yalnız bir dəfə əvəzedici kimi meydana çıxıb.







Fransa L.1

“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu
“Lill”ə bir qol bəs etdi
  • Fransa L.1
  • 22:02 26.04.2026
“Lill”ə bir qol bəs etdi
PSJ 3 xalı 3 qolla qazandı
  • Fransa L.1
  • 23:01 25.04.2026
PSJ 3 xalı 3 qolla qazandı
“Lion”dan çətin qələbə
  • Fransa L.1
  • 19:07 25.04.2026
“Lion”dan çətin qələbə