14 dekabr 2025. Bazar günü

PSJ-nin futbolçusu Paris-2024-ə qatılmaya bilər


PSJ-nin futbolçusu Paris-2024-ə qatılmaya bilər

PSJ yarımmüdafiəçi Uorren Zair-Emerini Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına buraxmaq istəmir.

90deqiqe.Az-ın “Le Parisen”ə istinadən məlumatına görə, bu, gənc futbolçunun son aylardakı performansının aşağı düşməsi ilə bağlıdır. Fransa çempionları, həmçinin, yarımmüdafiəçinin gələn mövsümə qədər çox məhdud bərpa dövrünün olacağı ehtimalından narahatdırlar.

Uorrenin keçən mart ayında cəmi 18 yaşı tamam oldu. Lakin yaşına baxmayaraq, bu mövsüm gənc futbolçu bütün rəsmi turnirlərdə klubunun heyətində 41 matçda meydana çıxmağı bacarıb. Onlarda o, üç qol vurub və yeddi məhsuldar ötürmə edib.







Fransa L.1

Poqba “Marsel”lə oyunu buraxacaq
  • Fransa L.1
  • 15:01 14.12.2025
Poqba “Marsel”lə oyunu buraxacaq
“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi