- Fransa L.1
- 21:26 28.11.2024
PSJ-nin rəhbəri Nasser Əl-Xəlafi Tiaqo Mottanın "Yuventus"a çalışdırması ilə əlaqədar açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, funksioner, Mottanın Turin klubunda özünü yaxşı tərəfdən göstərə biləcəyini bildirib.
“Mən sadəcə ona uğurlar arzulamaq istəyirəm. Düşünürəm ki, Tiaqo “Yuventus”da özünü yaxşı tərəfdən göstərə biləcək. Motta altı il Parisdə idi və bu müddət ərzində onun futbolunu və insani keyfiyyətlərini qiymətləndirə bildim. Ona belə böyük çağırış qarşısında ən səmimi arzularımı çatdırıram”.
Daha əvvəl mətbuatda "Yuventus"un Mottanı təyin etməyə yaxın olduğu bildirilirdi. Mütəxəssis ötən mövsüm İtaliyanın digər klubunda - "Bolonya"da çalışıb.