- Fransa L.1
- 21:26 28.11.2024
PSJ-nin keçmiş qapıçısı Keylor Navas ilə bağlı qalmaqal yaşanır.
90deqiqe.Az xarici mediaya istinadən xəbər verir ki, keçmiş futbolçunun köməkçisi Nikolas kosta-rikalı qapıçını onun hüquqlarını pozduğuna görə məhkəməyə verəcək.
İddiaçının sözlərinə görə, Navas bəzən onu həftədə 90 saat işləməyə məcbur edib və aylıq 3,5 min avro ödəyib. Lakin tərəflər arasında heç bir müqavilə imzalanmayıb, bununla da Navas vergi qanunlarından yayınıb.
Navas isə hələlik bu iddialara cavab verməyib.
Keylor Navas 2019-cu ildə “Real Madrid”dən “PSJ”yə keçib. Bu müddət ərzində o, 113 qarşılaşmada iştirak edib, 51-də qapısını təmiz saxlayıb. 2024-cü ilin mayında qapıçı “PSJ”dən ayrıldığını açıqlayıb.