- Fransa L.1
- 21:26 28.11.2024
Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum Fransa millisinin hücumçusu Kilian Mbappe haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, 33 yaşlı futbolçu keçmiş komanda yoldaşının hazırda dünyanın ən yaxşı oyunçusu olduğunu bildirib.
"Onunla bağlı təəssüratım yəqin ki, hamı ilə eynidir. O, hazırda dünyanın ən yaxşı oyunçusudur. Onun meydanda gördüyü işlər öz sözünü deyir. Mən Parisdə olanda məşqdən və matçlardan uzaqda birlikdə gəzirdik. Bir-birimizi müntəzəm olaraq görürdük. Bizim gözəl dostluğumuz var idi və o vaxtdan da əlaqə saxlayırıq”
Xatırladaq ki, Niderland və Fransa matçı iyunun 21-də keçiriləcək, start Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.
Əlavə edək ki, Veynaldum və Mbappe PSJ-də birlikdə çıxış ediblər.