28 iyun 2024. Cümə

PSJ Simonsa əvəzləyici tapıb


PSJ Simonsa əvəzləyici tapıb

PSJ yarımmüdafiəçisi Xavi Simonsa əvəzləyici tapıb.

90deqiqe.Az xəbər verir ki, niderlandlı oyunçu ayrılacağı təqdirdə parislilərin prioritet transfer hədəfi "Renn"in cinah oyunçusu Desir Duhetdir. Bununla belə, mənbə qeyd edir ki, 19 yaşlı fransalıya çoxlu sayda klublar iddialıdır, ona görə də parislilərə onu transfer etmək asan olmayacaq.

Daha əvvəl 21 yaşlı Simonsun özünün də Parisdə qalmağı planlaşdırmadığı iddia olunurdu.

Ötən mövsüm 19 yaşlı futbolçu bütün turnirlərdə 43 matçda meydana çıxıb, dörd qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, fransalı futbolçunun dəyəri 80 milyon avro qiymətləndirilir.







Fransa L.1

PSJ Simonsa əvəzləyici tapıb
  • Fransa L.1
  • 23:42 23.06.2024
PSJ Simonsa əvəzləyici tapıb
De Zerbinin yeni iş yeri
  • Fransa L.1
  • 10:49 14.06.2024
De Zerbinin yeni iş yeri