8 sentyabr 2024. Bazar günü

Hakimi PSJ ilə müqavilə imzalayır


Hakimi PSJ ilə müqavilə imzalayır

PSJ müdafiəçi Əşrəf Hakimi ilə yeni müqavilə imzalayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabris Hokins "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O, tərəflərin müqavilənin uzadılması ilə bağlı prinsipial razılığa gəldiyini və  yeni əmək müqaviləsinin bəzi bəndlərini müzakirə etdiklərini qeyd edib.

Hakiminin PSJ ilə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir.

Ümumilikdə mərakeşli Paris klubunun heyətində 120 rəsmi oyun keçirib, bu oyunda 14 qol vurub və tərəfdaşları üçün 19 məhsuldar ötürmə edib. Əlavə edək ki, nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Əşrəf Hakimi 60 milyon avro qiymətləndirirlər.







Fransa L.1

PSJ-nin hücumçusu sıradan çıxdı
  • Fransa L.1
  • 23:33 16.08.2024
PSJ-nin hücumçusu sıradan çıxdı
 "Marsel"də yeni hücumçu
  • Fransa L.1
  • 11:26 13.08.2024
"Marsel"də yeni hücumçu