- Fransa L.1
- 21:26 26.11.2024
“Bordo” futbol klubu maliyyə problemlərinə görə Fransanın üçüncü güclü liqasına düşürülüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "RMC Sport" internet nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, jirondinlilər indi milli liqada sağ qalmaq üçün kifayət qədər vəsaitə malik olduqlarına dair futbol hakimiyyətinə zəmanət verməlidirlər. Əks halda, klub dördüncü və ya beşinci güclü diviziona düşmək təhlükəsi ilə üzləşəcək.
Klubdan verilən açıqlamada Maliyyə Nəzarəti Departamentinin verdiyi cəzaya etirazın geri götürüldüyü və liqaya düşmə sanksiyasının qəbul edildiyi təsdiqlənib.
Bordo şəhərinin eyniadlı "Bordo"su 2022/2023 mövsümündən Fransa 2-ci Liqasında çıxış edir. Sonuncu dəfə 2008-2009 mövsümündə Liqa 1-in çempionu olan "Bordo"nun 6 Fransa çempionluğu, 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku və 2 Fransa Super Kuboku var.
“Bordo” ötən mövsümü Fransa Liqa 2-nin reytinq cədvəlində 12-ci yerdə başa vurub. Komanda 38 oyundan sonra 50 xal toplayıb.