8 sentyabr 2024. Bazar günü

Karyerasını harada davam etdirəcək?


Karyerasını harada davam etdirəcək?

Hüquqları PSJ-yə məxsus olan yarımmüdafiəçi Xavi Simons karyerasını davam etdirmək istədiyi yerlə bağlı qərar verib.

90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, 21 yaşlı futbolçu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Leypsiq”ə keçməyə üstünlük verir.

Simons "Bavariya"ya keçmək istəmir və PSJ-də qalmaq niyyətində deyil.

Qeyd edək ki, parislilər bu yay "Real Madrid"ə keçən Kilian Mbappeyə layiqli əvəzləyici tapana qədər yarımmüdafiəçini satmayacaqlar.

Xatırladaq ki, Xavi Simons ötən mövsüm Almaniya çempionatında “RB Leypsiq”in heyətində 32 oyun keçirib, bu oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.







Fransa L.1

PSJ-nin hücumçusu sıradan çıxdı
  • Fransa L.1
  • 23:33 16.08.2024
PSJ-nin hücumçusu sıradan çıxdı
 "Marsel"də yeni hücumçu
  • Fransa L.1
  • 11:26 13.08.2024
"Marsel"də yeni hücumçu