16 sentyabr 2024. Bazar ertəsi

Kilian Mbappe klub alır - Bu qiymətə


Kilian Mbappe klub alır  - Bu qiymətə

"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransanın "Kaen" klubunu almağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mbappe "Kaen"in səhmlərinin 80 faizinə sahib olacaq. Mbappe bu alış üçün təxminən 15 milyon avro ödəyəcək. Klubun qalan 20 faizi Pyer-Antuan Kaptonda qalacaq.

İyunun 3-də Mbappe rəsmi olaraq "Real Madrid"lə müqavilə imzalayıb. Bundan sonra mətbuatda fransalı hücumçunun maaşının ildə 30 milyon avro və vurulan qollara görə bonus olacağı barədə məlumatlar yayıldı. Mbappenin müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir.

Xatırladaq ki, Kilian uşaqlıqda "Kaen" akademiyasında təhsil alıb. Bu fransız klubu ardıcıl altıncı mövsümdür Fransa Liqa 2-də çıxış edir.







Fransa L.1

PSJ-nin hücumçusu sıradan çıxdı
  • Fransa L.1
  • 23:33 16.08.2024
PSJ-nin hücumçusu sıradan çıxdı
 "Marsel"də yeni hücumçu
  • Fransa L.1
  • 11:26 13.08.2024
"Marsel"də yeni hücumçu