- Fransa L.1
- 14:30 26.11.2024
PSJ klubunda sıradan çıxan Qonçalo Ramosun son durumu müəyyələşib.
90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə, 23 yaşlı forvardın sağalma müddəti ən azı üç aya qədər çəkəcək.
Parislilər topuğundan zədələnən Ramosa əvəzləyici hücumçu almağı nəzərdən keçirir.
Xatırladaq ki, Fransa çempionatının 1-ci turunun “Havr”la parislilərin 4:1 hesablı qələbəsi ilə başa çatan oyununda portuqaliyalı zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb. Nəticədə PSJ-nin baş məşqçisi Luis Enrike klub rəhbərlərindən yeni mərkəz hücumçusu ilə müqavilə imzalamağı xahiş edib.
Qonçalo Ramos 2023-cü il avqustun 7-də icarə əsasında Portuqaliyanın "Benfika" klubundan Fransa PSJ-yə keçib. 2023/2024 mövsümündə o, parislilərin heyətində 29 oyun keçirib və 11 qol vurub. Daha sonra futbolçunun transferini Fransa komandası alıb.