16 mart 2026. Bazar ertəsi

PSJ Mbappeyə 55 milyon avronu ödəməyəcək


PSJ Mbappeyə 55 milyon avronu ödəməyəcək

Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsinin qərarına baxmayaraq, PSJ sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro maaşı ödəməyəcək.

90deqiqe.Az-ın "L'Équipe"yə istinadən məlumatına görə, parislilər bu addımlarının qanuni olduğuna inanır və Mbappeni məhkəməyə verməyə hazırdır.

Xatırladaq ki, daha əvvəl hücumçu PSJ-dən ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonusların ödənilməsini tələb etmişdi. Dünən, sentyabrın 11-də LFP Hüquq Komitəsi tərəfləri borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, fransız futbolçu bundan imtina edib.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Ötən yay hücumçunun Fransa nəhəngi ilə müqaviləsi başa çatıb.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi