5 may 2026. Çərşənbə axşamı

Hakimi PSJ ilə müqaviləni uzada bilər


Hakimi PSJ ilə müqaviləni uzada bilər

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi komandası ilə yeni müqavilə imzalamağa hazırdır.

90deqiqe.Az "Le Parisien"ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu artıq Paris klubunun rəhbərləri ilə yeni müqavilənin imzalanması ilə bağlı danışıqlara başlayıb.

Mərakeşli müdafiəçinin PSJ ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Hakimi 2021-ci ildən parislilərin heyətində çıxış edir.

Qeyd edək ki, bundan əvvəl mətbuatda mərakeşlinin "Real Madrid"ə qayıda biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Əşrəf Hakimi cari mövsümdə Paris təmsilçisinin heyətində Fransa çempionatında 3 oyun keçirib və bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçi bundan əvvəl "Real Madrid", "İnter" və Dortmund "Borussiya"sında çıxış etməyi bacarıb.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu