24 sentyabr 2024. Çərşənbə axşamı

Luis Enrike Mbappeni təriflədi


 Luis Enrike Mbappeni təriflədi

PSJ-nin baş məşqçisi Luis Enrike keçmiş futbolçusu Kilian Mbappeni tərifləyib.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı "Fútbol en Movistar Plus+" nəşrinə müsahibəsində fransalı forvardın ayrılışına təəssüfləndiyini bildirib

“Kylian Mbappe heyrətamiz oyunçudur. Nə yazıq ki, "Real Madrid"ə getdi” dedi.

Xatırladaq ki, fransalı Kilian Mbappe bu yay azad agent kimi  "Real Madrid"ə qatılıb. O, 2017-2024-cü illərdə PSJ-də çıxış edib.

Bu mövsüm Mbappe səkkiz matçda iştirak edib, o, altı qol vurub və bir məhsuldar ötürmə edib. Hazırda Karlo Ançelottinin komandası İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.







Fransa L.1

 Luis Enrike Mbappeni təriflədi
  • Fransa L.1
  • 23:08 23.09.2024
Luis Enrike Mbappeni təriflədi