- Fransa L.1
- 23:45 03.12.2024
PSJ-nin baş məşqçisi Luis Enrike ulduz hücumçular Lionel Messi, Kilian Mbappe və Neymarın Paris klubunda oynasalardı, bu klubu çalışdırmayacağını etiraf edib.
90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı "Marca"ya bildirib ki, Messi, Mbappe və Neymar hələ də komandada oynasaydı, PSJ-nin baş məşqçisi olmağa razılıq verməzdi.
Mütəxəssis qeyd edib ki, belə futbolçuların olması qələbəyə zəmanət vermir.
"Dünyanın ən yaxşı oyunçusu olan komanda titulları qazansaydı, parislilərin səkkiz Çempionlar Liqası titulları olacaqdı və hələ bir titulları yoxdur"
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında “İnter Mayami”yə, braziliyalı Neymar isə Səudiyyə Ərəbistanına yollanaraq “Əl-Hilal” klubuna keçmişdi. Kilian Mbappe 2024-cü ilin yayında azad agent kimi "Real Madrid"ə keçib.