28 sentyabr 2024. Şənbə

PSJ-yə şad xəbər


PSJ-yə şad xəbər

PSJ-nin qapıçısı Canluici Donnarumma komandanın məşqlərinə qayıdıb.

90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə, 25 yaşlı futbolçu artıq əzələ zədəsindən sağalıb.

İtalyanın buraxdığı iki görüşdə parslilərin qapısını rusiyalı qapıçı Matvey Safonov qoruyub. O, Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunun “Jirona” ilə ev oyununda (1:0), Fransa çempionatının beşinci turunun “Reyms”lə səfər matçında (1:1) meydana çıxıb.

Daha əvvəl 2021-ci ildən PSJ-də çıxış edən Donnarummanın klubla yeni müqavilə imzalaya biləcəyi bildirilirdi. Beş oyunun nəticəsinə əsasən, paytaxt klubu 13 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edir.







Fransa L.1

PSJ-yə şad xəbər
  • Fransa L.1
  • 14:49 26.09.2024
PSJ-yə şad xəbər
Enrike Mbappedən danışdı
  • Fransa L.1
  • 12:31 26.09.2024
Enrike Mbappedən danışdı
 Luis Enrike Mbappeni təriflədi
  • Fransa L.1
  • 23:08 23.09.2024
Luis Enrike Mbappeni təriflədi