5 oktyabr 2024. Şənbə

"Bordo"da oynamaq mənə pul bahasına başa gəlir"


"Bordo"da oynamaq mənə pul bahasına başa gəlir"

"Liverpul"un sabiq hücumçusu Endi Kerroll maliyyə problemlərinə görə Fransanın dördüncü (həvəskar) liqasına transfer olunan "Bordo"dakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" 35 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

— "Bordo"da hekayənizə dördüncü divizionun 10 mindən çox azarkeşi qarşısında brace ilə başladınız, bunu necə qarşıladınız?
“Düzünü desəm, fantastik idi, azarkeşlər gözəl idi. İlk hissədə 2:0 hesabı ilə uduzurduq, rəqiblər isə təzyiq göstərirdilər. Xüsusilə orada olan azarkeşlərin qarşısında bu iki qolu vurmaq mənə həzz verdi. Bu heyrətamiz hiss idi.

—Premyer Liqada bu qədər pul qazanan futbolçu öz mövqeyində “Bordo” kimilərin çağırışını necə qəbul edə bilər?
- Mən futbolu sevirəm. Düzünü desəm, “Bordo”da oynamaq mənə pula başa gəlir. Amma mən futbol oynayıram və bunu etməkdən xoşbəxtəm. Mən bu klubun tarixinin bir hissəsi olmaq istəyirəm və açığını desəm, bu pul məsələsi deyil. Karyeramda heç vaxt pul məsələsi olmayıb”

Qeyd edək ki, Kerroll  debüt matçında dubla imza atıb.







Fransa L.1

PSJ-yə şad xəbər
  • Fransa L.1
  • 14:49 26.09.2024
PSJ-yə şad xəbər
Enrike Mbappedən danışdı
  • Fransa L.1
  • 12:31 26.09.2024
Enrike Mbappedən danışdı
 Luis Enrike Mbappeni təriflədi
  • Fransa L.1
  • 23:08 23.09.2024
Luis Enrike Mbappeni təriflədi