7 noyabr 2026. Şənbə

"Daha çox qol vura bilərdik" - Luis Enrike


"Daha çox qol vura bilərdik"  - Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Fransa çempionatının altıncı turu matçında “Renn” üzərində qələbəsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı "L'Equipe"ə bildirib ki, onun oyunçuları rəqiblərindən qat-qat güclü olduqları üçün nəticədən razı qalıb. Mütəxəssis qeyd edib ki, Paris klubu 3 qol vursa da, daha çox qol vura bilərdi.

“Ümumilikdə oyunu bəyəndim, lakin son 15 dəqiqədə nəzarəti itirdik. Bu, ev oyununda baş verməməlidir”.

Xatırladaq ki, Paris təmsilçisi “Renn”i 3:1 hesabı ilə məğlub edib. Hazırda Fransa çempionatının turnir cədvəlinə Luis Enrikenin komandası başçılıq edir.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi