- Fransa L.1
- 17:57 24.11.2024
PSJ-nin çalışdırıcısı Luis Enrike Çempionlar Liqasında "Arsenal"la son oyunda (0:2) səhvlərə görə tənqid olunan komandanın qapıçısı Canluici Donnarummaya dəstək verib.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" ispan çalışdırıcının dediklərini belə çatdırıb:
“Donnarumma tez-tez tənqid olunur. Mən onun tək qalmasını istəyirəm. Məni daha yaxşı tənqid edin. Belə vəziyyətlər təkcə qapıçının deyil, bütün komandanın günahı ucbatından yaranır”
Fransa çempionatının bu mövsümündə 25 yaşlı italyan dörd oyun keçirib və üç qol buraxıb. Canluicinin parislilərlə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 40 milyon avro qiymətləndirilir.