- Fransa L.1
- 17:57 24.11.2024
PSJ-nin hücumçusu Osman Dembele Luis Enrike tərəfindən cəzalandırılıb.
90deqiqe.Az-ın ESPN-ə istinadən məlumatına görə, fransalı futbolçu Çempionlar Liqasında "Arsenal"a qarşı keçirilən oyunu (2:0) buraxıb.
Enrike bu məsələ ilə bağlı belə danışıb:
"Oyuncu vəzifələrini yerinə yetirməyəndə bu cür hallar yaşanır. İndi hər şey qaydasındadır. Lazım olduqda sərt oluram, eyni zamanda bağışlamağı da bacarıram. Bu, həm bir məşqçi, həm də insan olaraq mənim vacib keyfiyyətlərimdən biridir. Hər futbolçunun riayət etməli olduğu qaydalar var ".
Dembele ilə Enrike arasında mövsümün əvvəlindən gərginlik yaranmışdı. O zaman Enrike penaltiləri vurmaq üçün portuqaliyalı yarımmüdafiəçi Vitinyonu seçmiş və bu da Dembele ilə mübahisəyə səbəb olmuşdu.