- Fransa L.1
- 17:39 20.01.2025
"Mançester Yunayted"in vingeri Markus Reşford PSJ-yə keçə bilər.
90deqiqe.Az "Team Talk"a istinadən xəbər verir ki, Paris rəhbərliyi 2025-ci ildə 26 yaşlı futbolçu ilə hücum xəttini gücləndirməyi planlaşdırır.
Fransa nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Xatırladaq ki, PSJ artıq futbolçu ilə maraqlansa da, onun üçün tələb olunan 120 milyon avronu ödəməyə hazır deyildi.
Bu mövsüm Reşford bütün turnirlər daxil olmaqla 11 matçda meydana çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə verib.
Qeyd edək ki,vingerin "Mançester Yunayted"lə müqaviləsi daha 4 il qüvvədə olacaq. Transfermarkt mütəxəssisləri ingilis futbolçunun dəyərini 60 milyon avro qiymətləndirib.