18 oktyabr 2024. Cümə

Enrike PSJ ilə müqaviləsini uzadıb


Enrike PSJ ilə müqaviləsini uzadıb

İspaniyalı baş məşqçi Luis Enrike PSJ klubu ilə müqaviləsini uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Enrikenin parislilərlə yeni müqaviləsi əvvəlcədən planlaşdırıldığı kimi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulduğunu qeyd edib.

Xatırladaq ki, 54 yaşlı mütəxəssis ötən yaydan PSJ-nin sükanı arxasına keçib. Yeddi turdan sonra parislilər Fransa çempionatının turnir cədvəlində ikinci yerdədirlər. Komandanın aktivində 17 xal var. PSJ ilə lider "Monako" arasındakı fərq iki xaldır. Oktyabrın 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək Liqa 1-in səkkizinci turu çərçivəsində Enrikenin komandası Strasburqun qonağı olacaq.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib
Enrikedən Donnarummaya dəstək
  • Fransa L.1
  • 16:50 05.10.2024
Enrikedən Donnarummaya dəstək