- Fransa L.1
- 13:30 21.11.2024
Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Komitəsi PSJ-nin klubun keçmiş hücumçusu, hazırda isə “Real Madrid”in futbolçusu Kilian Mbappe ilə bağlı qərar çıxarıb.
90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, qərarə əsasən parislilər fransalı forvarda 55 milyon avro borcunu ödəməyə borclu olduğuna dair qərar çıxarıb.
Xatırlatmaq istərdik ki, LFP daha əvvəl Fransa nəhənglərini futbolçuya göstərilən məbləği ödəməyi öhdəsinə götürmüşdü, lakin klub bu qərardan imtina etmiş və apellyasiya şikayəti vermişdi. Paris klubunun hücumçuya borclu olduğu məbləğə ödənilməmiş maaşlarla yanaşı, bonuslar da daxildir.
Mbappe mövsümlərarası yayda azad agent kimi Real Madridə keçdi. Fransız futbolçu Los Blancos üçün 9-cu forma nömrəsini geyinir.