9 dekabr 2024. Bazar ertəsi

PSJ Hakimi ilə müqaviləni uzadacaq


PSJ Hakimi ilə müqaviləni uzadacaq

PSJ müdafiəçisi Əşrəf Hakimi ilə müqaviləni uzadacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Fransa klubunun mərakeşli müdafiəçi ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxın olduğunu qeyd edib.

25 yaşlı Hakimi 2021-ci ilin iyulunda 68 milyon avroya "İnter"dən PSJ-yə keçib. Əşrəfin Paris klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Fransa çempionatının bu mövsümündə Hakimi PSJ-nin heyətində 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Əşrəf Çempionlar Liqasının üç oyununda da 1 qol vurub.







Fransa L.1

PSJ və "Marsel"dən qələbə
  • Fransa L.1
  • 23:50 23.11.2024
PSJ və "Marsel"dən qələbə