- Fransa L.1
- 23:45 03.12.2024
PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandanın baş məşqçisi Luis Enrikenin səviyyəsini yüksək qiymətləndirib.
90deqiqe.Az-ın “German Sky”a istinadən məlumatına görə, funksioner, ispan çalışdırıcını öz peşəsi üzrə dünyanın ən yaxşısı olduğunu bildirib.
“Məncə, indi dünyanın ən yaxşı məşqçisi bizdə var. Gələcək üçün layihə qurur. Nəticələr vacibdir, lakin biz layihəmizə diqqət yetirməyə davam edirik. Futbolçularla bağlı çox söz-söhbət var, amma biz çox açıq danışırıq. Bizim Avropanın ən gənc, hətta ən gənc komandalarından birinə sahibik, orta yaş həddi 22,5-dir. Biz gözəl məşqçimizlə gələcək üçün komanda qururuq. Bizim uzunmüddətli planımız var"
PSJ növbəti matçını cümə günü, dekabrın 6-da "Oser"ə qarşı keçirəcək.