5 may 2026. Çərşənbə axşamı

50 milyon avroya satmağa hazırdır - Təklif gəlsə


50 milyon avroya satmağa hazırdır   - Təklif gəlsə

PSJ-nin hücumçusu Randal Kolo-Muanini hansı məbləğə buraxacağı məlum olub.

90deqiqe.Az "Sky Sport"a istinadən xəbər verir ki, Paris klubu Kolo-Muani üçün ən azı 50 milyon avro təklif olunarsa, onu satmağa hazırdır.

Hücumçuya əsas namizədlərdən biri də "Yuventus"dur. Turin təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün agenti ilə ilkin danışıqlara da başlayıb.

Daha əvvəl bildirilmişdi ki, parislilərin baş məşqçisi Luis Enrike fransalı forvardla hesablaşmır.

Bu mövsüm Kolo-Muani bütün turnirlər daxil olmaqla 14 matçda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Fransız futbolçunun PSJ ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu