22 yanvar 2025. Çərşənbə

"Lion" onun transferinə görə 35 milyon avro qazanacaq


"Lion" onun transferinə görə 35 milyon avro qazanacaq

Fransanın "Lion" futbol klubu sağ cinah yarımmüdafiəçisi Luis Enrikenin "Botafoqo"dan "Zenit"ə keçidindən əldə edilən 35 milyon avronun tamamını alacaq.

90deqiqe.Az  “L’Equipe”yə istinadən xəbər verir ki, Fransa təmsilçisi oyunçunun hüquqlarına sahibdir və transfer qadağasını aradan qaldırmaq üçün pul lazımdır. 

Əldə edilən pullar "Lion"a Milli Nəzarət və İdarəetmə Direktorluğu tərəfindən qoyulan məhdudiyyətlərdən qaçmağa kömək edəcək.

Daha əvvəl "Zenit"in Enrikenin transferi ilə bağlı razılığa gəldiyi bildirilirdi.

Onu da qeyd edək ki, "Botafoqo" və "Lion"un sahibi eyni şəxs, amerikalı iş adamı Con Tekstordur.

Luis Enrike ötən ilin fevralında İspaniyanın "Betis" komandasından "Botafoqo"ya keçib. Yarımmüdafiəçi 2024-cü il mövsümündə klubunun heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin sonuna kimi nəzərdə tutulub. Transfermarkt internet portalının məlumatına görə, 24 yaşlı futbolçunun bazar dəyəri 22 milyon avrodur.







Fransa L.1

Fabreqas: "Komo" Alliyə inanır"
  • Fransa L.1
  • 23:15 19.01.2025
Fabreqas: "Komo" Alliyə inanır"
PSJ-dən əzmkar qələbə
  • Fransa L.1
  • 23:38 18.01.2025
PSJ-dən əzmkar qələbə