- Fransa L.1
- 17:00 23.01.2025
Fransanın PSJ-nin qapıçısı Canluici Donnarumma parislilərlə müqaviləsi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Sky Italia" italyan qolkiperin dediklərini belə çatdırıb.
“Mətbuatda çoxlu şayiələr var. Parisdə xoşbəxtəm, klubda hamı mənə hörmətlə yanaşır. Mənim prioritetim PSJ ilə yeni müqavilə imzalamaqdır."
Canluicinin Liqa 1 çempionu ilə hazırkı müqaviləsi gələn ilin ortalarında başa çatır. Bu mövsüm Donnarumma parislilərin heyətində 20 matçda iştirak edib. İtaliyalı qolkiper 6 oyunda 19 qol buraxıb və qapısını təmiz saxlayıb.