- Fransa L.1
- 18:17 24.01.2025
PSJ-nin baş məşqçisi Luis Enrike vinger Xviça Kvaratsxeliyanın Fransa klubunda qarşıdakı debütü və gürcü futbolçunun hazırkı forması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" mütəxəssisin dediklərini belə çatdırıb.
“Bir oyunçu alanda onun komandanı yaxşılaşdıracağına inanırsan. Nə vaxt oynamağa başlayacağını bilmirəm, bu, məşqdən asılıdır. Komandanın səviyyəsinə görə çox çətindir. O, nə vaxt debüt edəcək? Fərqi yoxdur, önəmli olan onun bizimlə dinamikada olmasıdır. Fiziki cəhətdən çox yaxşıdır. Məşqdə onunla heç bir problem görmədik.O, işləməyə hazırdır"
PSJ yanvarın 17-də Kvaratsxeliya ilə müqavilə imzaladığını elan edib. Əmək müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi "Napoli"dən keçib. Mətbuatda fransız nəhənginin bonusları nəzərə almasaq, Kvaratsxeliyanı 70 milyon avroya alması ilə bağlı xəbərlər yayılmışdı.