22 aprel 2026. Çərşənbə

PSJ qış transferləri ilə bağlı qərar verib


PSJ qış transferləri ilə bağlı qərar verib

PSJ klubunun qış transfer pəncərəsinin son günləri üçün planları məlumdur.

90deqiqe.Az "Le Parisien"ə istinadən xəbər verir ki,Liqa 1 nəhəngi yanvardakı transferlərdən imtina etmək qərarına gəlib.

 PSJ-nin hazırda prioriteti Türkiyənin "Fənərbağça" klubu ilə razılaşan Milan Skrinyarın icarə müqaviləsini tamamlamaqdır. Bundan başqa, baş məşqçi Luis Enrikenin planlarına daxil olmayan Marko Asensio hələ də parislilərin sıralarını tərk edə bilər.

Bu qış PSJ "Napoli"dən Xviça Kvaratsxeliyanı 70 milyon avroya transfer edib. "Yuventus"a icarəyə verilən Randal Kolo-Muani komandadan göndərilib.







Fransa L.1

PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki
“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi